2024-cü ildə təsis edilmiş Bakı Riyaziyyat Elmləri İnstitutu (BIMS), fundamental və multidissiplinar riyaziyyat tədqiqatlarının inkişafına həsr olunmuş aparıcı tədqiqat institutudur. Missiyamız, riyaziyyatı müxtəlif sahələrlə əlaqələndirərək yeniliyi təşviq etmək, tədqiqatçılar arasında riyazi bacarıqları inkişaf etdirmək və riyaziyyat elmlərində qabaqcıl tədqiqatların inkişafına dəstək olmaqdır.
BIMS aşağıdakı məqsədləri həyata keçirir :
• Rıyazıyyatın nəzəri və tətbiqi sahələrində mükəmməlliyi təşviq etmək.
• Riyaziyyatın digər elmi , texnoloji və mühəndislikfənləri ilə birləşdirən multidissiplinar əməkdaşlığa dəstək olmaq.
• Azərbaycanın elmi icmasının tədqiqat potensialını gücləndirmək və qlobal tədqiqat şəbəkəsi ilə güclü əlaqələr qurmaq.
• Tədqiqatçıların peşəkar inkişafına dəstək olmaq və əməkdaşlıq təşəbbüsləri, seminarlar və akademik proqramlar vasitəsilə bilik mübadiləsini asanlaşdırmaq.
İnstitut, Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiya üzrə Mükəmməllik Mərkəzinin (TIIMM) nəzdində yerləşən Rəqəmsal Tədqiqat Laboratoriyasının (DRL) ayrılmaz bir hissəsidir və universitetin tədqiqatlarının inkişafı , o cümlədən, beynəlxalq elmi əməkdaşlığı təşviq etmək öhdəliyində mühüm rol oynayır.