Seminar Silsiləsi

Həftəlik Tədqiqat Qrupu Seminarları: İnstitutdakı tədqiqat qruplarının hər biri həftəlik seminar təşkil edir, burada aparıcı və gənc tədqiqatçılar, post doktorantlar  və qonaqlar öz işlərində ən son yenilikləri təqdim edirlər. Beləliklə, seminarlar qrupun diqqət mərkəzində olan bir çox mövzuları əhatə edir, müzakirə və əməkdaşlığı təşviq edir.

Magistr Tələbələri Üçün Seminarlar: Bu cür seminarlar magistr tələbələrinə tədqiqat işlərini davam etdirməsinə kömək edir. Seminarlar tələbələrə öz  işlərini təqdim etmək, rəy almaq və institutda daha geniş tədqiqat icması ilə əlaqə saxlamaq üçün imkan yaradır.

Bakalavr Tələbələri Üçün Tədqiqat Seminarları: Bu seminarlar bakalavr tələbələrini riyaziyyatı magistratura səviyyəsində öyrənməyə həvəsləndirmək və təşviq etmək məqsədi daşıyır. Seminarlar tələbələri riyazi tədqiqatlar dünyası ilə tanış edir və riyaziyyatın onların həyatında daşıdığı potensialı və təsirini göstərir, beləliklə, onlara mövzuya xas olan bir çox imkanları qiymətləndirməyə imkan verir.

Konfranslar və Seminarlar

Konfranslar: Bu böyük tədbirlərdə aparıcı beynəlxalq tədqiqatçılar və institutun üzvləri məruzələr təqdim edir. Konfranslar riyaziyyatda son nailiyyətləri müzakirə etmək, fikir mübadiləsi aparmaq və xarici tədqiqatçılarla əlaqə yaratmaq imkanı verir. İnstitut, həmçinin mühüm məruzəçilərə səyahət, yaşayış və gündəlik xərclər üzrə subsidiya təqdim edir.

Seminarlar: Konfranslardan fərqli olaraq, seminarlar kiçik və daha çox diqqət mərkəzindədirlər; seminarlar müəyyən bir riyazi sahəyə dərindən diqqət yetirmək  üçün 5-10 seçilmiş tədqiqatçını bir araya gətirirlər. Adətən 2-3 gün davam edən müddətdə  iştirakçılara nəinki intensiv əməkdaşlıq etməyə, həm də müəyyən həllər tapmaq üçün praktiki tədqiqatlar aparmağa imkan verir.

Yay məktəbləri: İnstitut riyaziyyatın seçilmiş müasir sahələrində  intensiv yay məktəbləri təşkil edir. Bu proqramların iştirakçıları arasında doktorant və gənc tədqiqatçılar yer alır. Bu proqramların əksəriyyəti riyaziyyatın müəyyən bir sahəsinə, çox vaxt riyaziyyat sahəsində yeni nəşr edilmiş kitablara diqqət yetirir. Kitabdakı fəsillərin təqdimatı və müzakirəsi iştirakçılar arasında aktiv qarşılıqlı əlaqəyə imkan yaradır.

Tədqiqat Semestrləri

İnstitut tematik tədqiqat semestrlərini - müəyyən bir mövzuya yönəlmiş tədqiqat dövrlərini keçirir. Belə semestrlər adətən seçilmiş mövzu üzərində müəyyən dövr müddətində intensiv işləyəcək  5-7  tədqiqatçını bir araya gətirir. Tədqiqatçılar belə iştirak üçün müraciət edə bilərlər. Seçim müsabiqə yolu ilə həyata keçirilir. Bu, müəyyən bir mövzuya  dərindən diqqət yetirmək, əməkdaşlıq etmək və vacib məsələlərin həllində əhəmiyyətli irəliləyiş əldə etmək üçün unikal imkandır.

Yay Tədqiqat Qrupları

İnstitut yay aylarında tədqiqatçıların birgə müəyyən bir riyazi sahə üzərində işlədikləri yay tədqiqat qruplarını maliyyələşdirir. Qruplara layihə müddətində, adətən 2-3 ay ərzində, işləmək üçün ofis  və aylıq təqaüd təqdim edilir. Yay tədqiqat qrupları birgə iş üçün ideal mühit təklif edir , beləliklə iştirakçılara yeni ideyaları araşdırmaq və tədqiqatlarında əhəmiyyətli nəticələr əldə etmək imkanı verir.